09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Penitensiar Xidmətin vəzifəli əməkdaşına bəraət verildi

Penitensiar Xidmətin vəzifəli əməkdaşına bəraət verildi

Dələduzluqda təqsirləndirilən Penitensiar Xidmətin baş inspektoru Rasif Əmirovun məhkəməsi başa çatıb.

GununNebzi.az
“Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesin yekununda R.Əmirov barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə 1984-cü il təvəllüdlü R.Əmirovun təqsirliliyinin sübuta yetirilmədiyini bəyan edib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, bir neçə vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edərək R.Əmirovun onları aldadaraq ümumilikdə 37 min manat vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyini iddia edib. Daha sonra R.Əmirov barəsində cinayət işi açılıb.

R.Əmirov 2005-ci ildən Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb.

Tarix: 20-10-2022, 16:54 Oxunub: 32


Bölməyə aid digər xəbərlər