11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verildi

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verildi

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib.

GununNebzi.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edə biləcək.

***

Eyni zamanda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin ərazisində arxeoloji abidə aşkar edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək səlahiyyəti ləğv edilib.
Fərmana əsasən, artıq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək səlahiyyətinə sahib olacaq.

Qoruqda tikinti işlərinin dayandırılması Qaydasına da dəyişiklik edilib. Fərmana əsasən, Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılır və bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verilir.

Bu halda tikinti işlərinin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən qəbul edilir.

Tarix: 30-03-2023, 16:11 Oxunub: 16


Bölməyə aid digər xəbərlər