11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Suriyada 2 dəfə qaçırılan jurnalistdən 10 ildir ki, xəbər yoxdur

Suriyada 2 dəfə qaçırılan jurnalistdən 10 ildir ki, xəbər yoxdur

Britaniyalı fotojurnalist Con Kantlin 10 ildir ki, Suriyada İslam Dövləti yaraqlılarının girovluğundadır.

GununNebzi.az
“BBC”yə istinadən xəbər verir ki, o, öldürülmə videosu yayılmayan yeganə girovdur.

Onun taleyi hələ də sirr olaraq qalır. Hətta ailəsi Conun dəfn mərasimini belə keçirib.

Qeyd edək ki, fotojurnalist 2012-ci ildə Əfqanıstan və Himalay da daxil olmaqla ən ucqar yerlərdə işlədikdən sonra vətəndaş müharibəsini lentə almaq üçün Suriyaya gedib.

Həmin ilin iyulunda o, hollandiyalı fotoqrafla birlikdə qaçırılıb. Sonra azad olunan Con İngiltərəyə qayıdıb. Lakin işini davam etdirmək üçün yenidən Suriyaya gedib.

2012-ci il noyabrın 22-də Türkiyə və Suriya arasında faktiki olaraq görünməyən sərhədi keçdikdən qısa müddət sonra o, amerikalı jurnalist Ceyms Foli ilə birlikdə nəzarət-buraxılış məntəqəsində girov götürülüb. Həmin vaxt onun 42 yaşı olub.

Tarix: 22-11-2022, 22:48 Oxunub: 298


Bölməyə aid digər xəbərlər