ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris prezident seçiləcəyi təqdirdə tətbiq edəcəyi iqtisadi qərarları açıqlayıb.
GununNebzi.az “The İndependent” nəşrinə istinadən xəbər verir ki, o, Şimali Karolina ştatındakı çıxışı zamanı iqtisadi planına qida və ərzaq məhsulları qiymətinin süni artımına federal qadağa, ilk dəfə ev alanlar üçün 25 min dollara qədər dəstək, uşağın həyatının ilk ilində ailələrə 6000 dollar vergi güzəştlərinin daxil olduğunu açıqlayıb.
“Prezident kimi mən əksər amerikalılar üçün ən vacib olan yüksək xərcləri öz üzərimə götürəcəyəm... Mən ərzaq qiymətlərinin qaldırılmasına dair ilk federal qadağanı qəbul etməyə çalışacağam. Mənim planım böhranlardan istifadə edən və qaydaları pozan fürsətçi şirkətlər üçün yeni cəzalar ehtiva edəcək və biz qaydalara riayət edən və irəli getməyə çalışan kiçik qida bizneslərini dəstəkləyəcəyik”, - deyə o bildirib.
Harris çıxışı zamanı reseptlə satılan dərmanların qiymətinin azaldılmasının da planları arasında olduğunu deyib.
O bildirib ki, seçkidə qalib gələrsə, onun prioriteti qiymətləri aşağı salmaqla yanaşı amerikalıların iqtisadi təhlükəsizliyini artırmaq olacaq. Onun sözlərinə görə, orta təbəqə üçün münasib qiymətə mənzil tikməyə çalışacaq.
Harrisin çıxışını təqdim edirik:
Bölməyə aid digər xəbərlər