09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Türkiyəli nazirin istefası qəbul edildi

Türkiyəli nazirin istefası qəbul edildiTürkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrakın istefa tələbi qəbul edilib.

GununNebzi.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Açıqlamada bildirilib ki, Türkiyə Prezidentinin səlahiyyəti çərçivəsində 2018-ci ildə Maliyyə naziri təyin edilən Berat Albayrakın indiyədək göstərdiyi fəaliyyət Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdir edilib.

“Məlum olduğu kimi 8 yanvar 2020-ci ildə Berat Albayrak sosial şəbəkə vasitəsilə səhhətində yaranan problemlə əlaqədar vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb. Prezidentimiz bu tələbi dəyərləndirərək istefa ərizəsini qəbul edib”, deyə açıqlamada bildirilib.


Tarix: 10-11-2020, 00:35 Oxunub: 77


Bölməyə aid digər xəbərlər