09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
65 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə bəraət verildi

65 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə bəraət verildi

Bakıda 65 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə bəraət verilib.

GununNebzi.az
“Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən iclasda Ceyhun Hüseynovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair yekun məhkəmə aktı qəbul olunub.

İttihama görə, təqsirləndirilən şəxs tanışına 2020-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, “Muğan Bank”da işləyən “Ruslan” adlı dostu vasitəsilə həmin bankın balansında olan hərraca çtxarılacaq avtomobillərlə bağlı biznes quracağını vəd verib.

O, həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qabaqcadan ucuz qiymətə avtomobil alacağına, yenidən satışa çıxarıb gəlir əldə edəcəyinə inandırıb. Bu məqsədlə ondan 65 min manat alıb. Hər avtomobilə görə 1000 manat qazanc verəcəyinə dair yalan vəd verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qənaətinə görə, Ceyhun Hüseynovun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib.

Tarix: 1-07-2022, 13:36 Oxunub: 23


Bölməyə aid digər xəbərlər