11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Əli Əliyevə hökm oxundu - Yenilənib

Əli Əliyevə hökm oxundu - Yenilənib

Əli Əliyevə hökm oxunub. Partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, partiya sədri daha əvvəl üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunmuşdu. Belə ki, Dövlət Sərhəd Xidmətinin qəzaya uğramış helikopterindən sağ çıxan iki hərbçi barədə səsləndirdiyi fikirlərə, eləcə də YAP Binəqədi Rayon təşkilatının sabiq sədr əvəzi Ramiz Göyüşov haqqındakı fikirlərinə görə, hər üç şəxs onu şikayət etmişdi. Məhkəmə partiya sədrinin üç iş üzrə ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar vermişdi. Ə.Əliyev 2023-cü ilin yanvarında həbsdən çıxmalı idi. Lakin yeni hökmə əsasən, onun cəza müddəti 2026-cı ilə qədər uzanmış oldu.

***

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsindəki cinayət işi üzrə məhkəmə keçirilir.

GununNebzi.az
xəbər verir ki, hazırda Sabunçu Rayon Məhkəməsində davam edən prosesdə partiya sədrinin 4 il müddətə azadlıqdan məhrum edilməsi tələb olunub.

Qeyd edək ki, Ə.Əliyev bir müddət öncə həbsxanada davaya qarışıb. O, Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham edilir. Partiya sədri qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinir.
Ətraflı

Xatırladaq ki, partiya sədri daha əvvəl 3 müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunub. Məhkəmə onun ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar verib. Ə.Əliyevin həbs müddəti yanvarda başa çatırdı.

Tarix: 22-11-2022, 17:50 Oxunub: 34


Bölməyə aid digər xəbərlər
13-01-2022, 16:58 Əli Əliyev həbs edildi