23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
28 yaşlı fəhlə işlədiyi zavodda öldü

28 yaşlı fəhlə işlədiyi zavodda öldü

Abşeron rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

GununNebzi.az
rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 11-i saat 03 radələrində rayonda yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam etdirilir.

Tarix: 13-03-2023, 12:21 Oxunub: 14


Bölməyə aid digər xəbərlər