"Real Madrid" evdə uduzdu, "Lokomotiv" səfərdə heç-heçə etdi

"Real Madrid" evdə uduzdu, "Lokomotiv" səfərdə heç-heçə etdi


UEFA Çempionlar Liqasında ilk turun növbəti iki oyunu keçirilib.

GununNebzi.az-ın məlumatına görə, "Real Madrid" komandası İspaniyada Ukrayna "Şaxtyor"u ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. Hələ ilk hissədə qapısında 3 qol görən "kral klubu" fasilədən sonra bunların 2-nin əvəzini çıxmağı bacarıb.

Rusiya "Lokomotiv"i isə Avstriyada "Zaltsburq"la matçda 2:2 hesablı heç-heçəyə nail olub.

Qeyd edək ki, gecənin daha 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
/"Report"

Tarix: 21-10-2020, 23:15 Oxunub: 72


Bölməyə aid digər xəbərlər