“İstər ölkəyə idxal, istərsə də ölkə ərazisində istehsal olunan yağlar üzərində dövlət nəzarəti tərəfimizdən həyata keçirilir”.
GununNebzi.az verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
“Tam məsuliyyətimlə deyim ki, istənilən ekspertizaya getməyə hazıram. Azərbaycanın ticarət şəbəkələrində satılan yağların heç birində əhalinin sağlamlığına təsir edəcək təhlükəsizlik göstəricisi öz əksini tapmayıb. Hansısa təşviş yaratmaq istəyən ekspertlərin bütün suallarını cavablandırmağa hazıram” , - deyə AQTA sədri vurğulayıb.
Q.Təhməzlinin sözlərinə görə, bəzi ekspertlər bu sahədən o qədər məlumatsızdırlar ki, onlar çıxışlarında trans yağların sıfra endirilməsindən danışırlar: “Sıfır trans yağ olan yağ ümumiyyətlə dünyada yoxdur. Trans yağın iribuynuzlu heyvanın orqanizmində payı 2 faizdir. Dünyada və Azərbaycanda bu 2 %-lik əmsalla ölçülür. Bəzi dırnaqarası ekspertlər deyir ki, Azərbaycanda trans yağ yuxarıdır, çünki yağa trans yağ qatılır. Trans yağ anlayışı elə bir anlayışdır ki, kənardan heç qatılmır. Bunu orta məktəb kimyasını yada salsaq, görərik. Bu yaxınlarda antibiotiklərin dönərdə olması ilə bağlı yaramaz fikirlərlə də rastlaşdım. Mən bu cür insanlara açıq şəkildə deyirəm ki, istənilən ekspert qrupunu təşkil etməyə, Azərbaycanın istənilən yerində satılan yağların ekspertizasını həyata keçirmək üçün Avropanın aparıcı ölkələrində ekspertiza etməyə hazıram”. (qafqazinfo)
Bölməyə aid digər xəbərlər