11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefonla danışdı

Azərbaycan və Türkiyə XİN rəhbərləri telefonla danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

Tarix: 28-09-2022, 14:43 Oxunub: 28


Bölməyə aid digər xəbərlər