11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
“Vəsaitlər ancaq onların maaşına yetir, say azaldılmalıdır”

“Vəsaitlər ancaq onların maaşına yetir, say azaldılmalıdır”

“Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalı, ayrıca qanunvericiliklə tənzimlənməlidir. Bələdiyyə sədrliyinə namizəd verən şəxs Prezidentliyə namizədlə eyni sənədləri toplamamalı, eyni proseduru keçməməlidir​”.

GununNebzi.az
xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deyib.

Deputat qeyd edib ki, bu prosedurlar ucqar kəndlərdə namizədlərə problem yaradır: “Bundan əlavə bələdiyyə seçkiləri ölkə üzrə eyni vaxtda yox regional, bölgələr üzrə ayrı-ayrı vaxtlarda keçirilməlidir. Dünyanın çox yerində bu belədir və seçki məcəlləsinə yenidən baxılmalıdır”.

“Bələdiyyə üzvlərinin sayı həddən artıq çoxdur. Ölkədə 16 mindən çox bələdiyyə üzvü var. Bu isə iclasların keçirilməsinə mane olur, vəsaitlər ancaq orada olanların maaşına yetir. Bu say azaldılmalıdır”, - deyə S.Novruzov vurğulayıb.

(Qafqazinfo)

Tarix: 1-02-2023, 13:01 Oxunub: 13


Bölməyə aid digər xəbərlər