11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
“Bələdiyyə sədrləri özlərini ağa kimi aparırlar”

“Bələdiyyə sədrləri özlərini ağa kimi aparırlar”

“Bələdiyyə sədrləri özlərini yerlərdə ağa kimi aparırlar. Sahibkara, iş adamlarına lazımi dəstək vermirlər”.

GununNebzi.az
xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bələdiyyə sədrləri qanunvericiliyi bilmir, torpaq icarəsini 10 qat artırırlar: “Kəndli, sahibkar da deyir ki, mən burada əkin əksəm, iş qursam, bu məbləğə cavab verməyəcək. Bələdiyyələr insanlardan nə isə umur. Şəhər bələdiyyəsi 400 min manata yaxın vergi yığa bilər, lakin sahibkara elə fantastik məbləğ deyilir ki, vətəndaşlar iş görmək istəmir. Bələdiyyə münasibətləri yaxşılaşdırmalıdır ki, vətəndaş da iş görməyə maraqlı olsun, torpaq vergisi, əmlak vergisi versin”.

Tarix: 19-01-2023, 13:40 Oxunub: 21


Bölməyə aid digər xəbərlər