Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi heyət Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Çinə gedib.
GununNebzi.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 18-də Kamran Əliyev Çinin baş prokurorunun birinci müavini Tonq Cianminq və Makau bölgəsinin baş prokuroru İp Son Sanq ilə görüş keçirib.
Baş prokuror cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Azərbaycanda keçiriləciyini və bununla bağlı həmkarına dəvət məktubu ünvanladığını bildirib.
Daha sonra tərəflər hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir.
Bölməyə aid digər xəbərlər