10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanlara yerləşdirmişik”

Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanlara yerləşdirmişik”

“Təcili yardım təcili hallar - infarkt, boğulma, nəqliyyat qəzaları, zəhərlənmələr və s. də çağırılmalıdır. Ümumən sağlam insanın hərarəti bir az qalxıbsa, panikaya düşmək, ona hansısa dərmanlar vermək lazım deyil. Hərarət bədənin cavab reaksiyasıdır, bədəndə hərarət varsa, bu, mübarizə deməkdir. Çox da yüksək olmayan hərarətli xəstəyə dava-dərman edəndə, əksinə biz onun immunitetini aşağı salırıq, bədənin müqavimətini söndürürük”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev Modern.az-ın suallarını cavablandırarkən deyib.

O həmçinin qeyd edib ki, bəzi həkimlər COVID-19-un gizli şəkildə evdə müalicəsi ilə məşğuldurlar. Müalicə yazır, xəstəni də öyrədirlər ki, təcili tibbi yardım çağır yaxma götürsün, görək nəticə necədir. Bu təcili yardımdan sui-istifadə etməkdir.

Çağırışlar çoxdur. Gecikmələr də olur. Biz bunu inkar etmirik. Müraciətlər çox olanda onları çeşidləyirik. Elə hər “37 dərəcə hərarətim var, tez ol gəl”, “çağırdığım an qapımda olmalısan” düşüncəsilə çağırış verənə gedə bilmərik. Kimsə bu cür halla bağlı təcili yardımı məşğul edirsə, özü vətəndaş olaraq, əməlini qiymətləndirməlidir. Axı təcili yardıma ehtiyacı olmayan birinin çağırışına getməklə, daha ağır xəstətənin çağırışına gecikirik. Burada söhbət insan həyatından gedir. Hərarət 37-ə qalxan kimi aləm qarışır bir-birinə. Ağır hal deyilsə, sahə həkiminə müraciət edin.

Əgər hansısa xəstə hərarəti 38-ə çatmadığı halda, təcili tibbi yardım çağırıbsa, digər ağır xəstənin haqqına girmiş olub. Digər tərəfdən diaqnoz məqsədilə təcili tibbi yardım çağırılması harada görülüb? Axı analiz götürmək təcili tibbi yardımın vəzifə borcu deyil. Çox güman ki, bu ittihamla çıxış edənlər təcili tibbi yardımın mahiyyətini anlamırlar.

Təkcə dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanlara yerləşdirmişik. Onların bir hissəsi evdə, şəxsi həkimlər tərəfindən aparılan müalicələr nəticəsindəki ağırlaşanlardır. Ölüm vəziyyətinə gətirib çıxarandan sonra təcili tibbi yardım çağırırlar. Biriqadalar girir evə, təsəvvür edin, oksigen, sistem, klinikalar açırlar evlərdə. Yoluxma barədə ərazi üzrə polikliniklarda məlumat olanda, gizlin şəkildə evlərdə müalicələrə başlamayanda, onlar xəstə ilə maraqlanır.

Ağırlaşma halları olarsa, polikliniklardan bizə müraciət daxil olur ki, bu ünvanda ağırlaşma əlamətləri olan COVID-li xəstə var, onu xəstəxanaya yerləşdirin. Ayrı-ayrı həkimlərin müalicəsini alırlar, ağırlaşandan, nəticəsi olmayandan sonra günahkar təcili yardım olur”.

Tarix: 8-04-2021, 11:24 Oxunub: 213


Bölməyə aid digər xəbərlər