11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
“1 milyonluq büdcəsi olan bələdiyyənin belə bağçası yoxdur”

“1 milyonluq büdcəsi olan bələdiyyənin belə bağçası yoxdur”

“Xırdalan bələdiyyəsi 700 min manatdan artıq vəsait toplayıb. Bəzi şəhər bələdiyyələrinin büdcəsi 1 milyona çatıb. Bu, çox yaxşı haldır. Lakin bəzi kənd bələdiyyələrinin heç 10 min manat vəsaiti yoxdur”.

GununNebzi.az
xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, yığılan vəsaitlər lazımi işlərə, əhalinin sosial qayğılarına, bələdiyyələrin saxlanmasına ayrılmalıdır: “Bələdiyyələr bağçalar açmalıdır. Düşünürəm ki, 2-3 bələdiyyə yığışıb öz ərazilərində bağça tikə bilər. İnsanların buna ehtiyacı var. Digər tərəfdən minimum xidmət haqlarını qarşılamaqla özəl bağçalar yarada bilərlər. İnsanlar digər özəl bağçalara nə qədər pul tökür. 1600-dən çox bələdiyyənin hələ bir dənə bağçası yoxdur. Bu, düşündürücü məsələdir”.

(Qafqazinfo)

Tarix: 15-02-2023, 13:33 Oxunub: 10


Bölməyə aid digər xəbərlər